Hepatit C virusu » Hepatoloq-Terapevt Dr. Könül Mahmudova Azərbaycan, Bakı şəhərində Hepatic C, Hepatit B, Hepatit D və Hepatit B visruslarının , xəstəliklərinin müasir müalicəsi

Hepatit C virusu

Hepatit

C hepatiti
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* ürəkbulanma,iştahanın itməsi
* yorğunluq,halsızlıq
* sağ qabırğaaltı nahiyədə ağrı
* yuxunun pozulması
* oynaqlarda ağörılar
* dəri qaşınması
Hepatit C və onun təhlükəsi
C hepatitis qara ciyərin virus səbəbli əmələ gələn iltihabı xəstliyidir.Virus orqnizmə düşdükdən sonra illərlə gizli,simptomsuz yaşaya bilir.Bu xüsusiyyəti C heptitini daha da təhlükəli edir.Çünki,uzun müddət gizli qalaraq virus öz patoloji fəaliyyətini davam etdirir və qara ciyərdə sirrozun və xərçəngin əmələ gəlməsinə səbəb olur.Virus təhlükəli olduğuna görə aşkar eildiyi zaman mütləq müalicəyə başlanılmalıdır.Çünki,müasir tibbi dərmanlar C hepatitinin tam müalicəsinə səbəb ola bilir.
C hepatitinin yayılması
Yer üzərində 5 miılyon adam C hepatitindən əziyyət çəkir.Bütün ölkələrdə əhalinin ən az 2% C hepatitindən əziyyət çəkir.Bu rəqəm günü-gündən artır.
C hepatitis necə yoluxur?
Virus qan vasitəsilə yoluxur.Xəstəliyin yoluxma yolları pirsinq,tatuaj,əməliyyatlarda istifadə edilən alətlər,tibbi manipulyasiya və stomatoloji müalicə zamanı istifadə edilən alətlərdir.Xəstəlik nadir hallarda cinsi yolla yoluxmasına və hamilə anadan dölə keçməsinə nadir hallarda rast gəlinir.Bu səbəblərə görə adları çəkilən prosedurlar zamanı çox diqqətli olmaq lazımdır.C hepatiti hava-damcı,təmas,məişət əşyaları vasitəsilə yoluxmaq qabiliyyətinə malik deyil.
Diaqnozu
Qanda C hepatiti virusu olması analizlər vasitəsilə təyin edilir.Qanın laborator analizində C hepatit virusunun müsbət olması qanda xəstəliyin olmasının əsas göstəricisidir.
C heptiti nə qədər təhlükəlidir?
Virus orqanizmə düşdüyü andan qara ciyər toxumasını zədələməyə başlayır.Bu virusun ən qorxulu tərəfi insanın genini mutasiyalara uğrada bilməsidir.Virusun 6 genetik forması və 40-dan çox özünəbənzər növü var.
C hepatitis hepatitlər arasında ən çox qara ciyər köçürülməsinə səbəb olan xəstəlikdir.
Xəstəliyin formaları və törətdikləri
C hepatitis kəskin və xroniki ola bilir.
- Xəstəliyin vaxtında aşkar edilməsi və müalicə olunması 20% hallarda tam sağalmaya səbəb olur.
- 20% hallarda xəstəliyin laborator şəraitdə yoxlamalar zamanı xroniki şəkildə baş verdiyi məlum olur.
- Xəstələrin 60%-də hepatit C diaqnozu qoyulduğu zaman qara ciyərin zədələnməsi aşkar edilir.
Xəstəlik xroniki hala keçdikdə belə qara ciyərin zədələnməsinə səbəb olur.Bu zaman xəstənin qara ciyər toxuması fibroz toxumaya çevrilir və qara ciyər öz funksiyasını itirməyə başlayır.C hepatitis ləng və illərlə inkişaf edir.20 il müddətində 20% hallarda sirroza və 5% hallarda qara ciyərin xərçənginə səbəb olur.
Xəstəliyin əlamətləri nə zaman meydana çıxır?
C hepatitinin əlamətləri sirroza keçdiyi zaman özünü biruzə verir.Adətən əlamətlər üzə çıxana qədər xəstələr yorğunluqdan,halsızlıqdan,zəiflikdən şikayət edirlər.Bəzən böyrək,dəri və oynaq simptomları meydana çıxır.
Xəstəliyin hansı dövründə analizlərdə C hepatiti aşkar edilir?
Xəstəlik virus qana düşdükdən 1-2 həftə sonra qan analizlərində aşkar edilir.
Xəstəliyin tam müalicə olunması mümkünmü?
Bəli.C hepatiti müalicə oluna bilən xəstəlikdir.Tam müalicənin əldə edilməsi müalicənin keyfiyyətindən və həkimin göstərişlətinə tam əməl edilməkdən asılıdır.
Müalicəni nədən başlamalı?
Müalicə xəstəliyin aşkar edildiyi andan başlanmalıdır.Müalicədə virusu qara ciyər toxumasını nə qədər zədələnməsi nəzərə alınır.Qara ciyər toxumasının vəziyyəti qanın biokimyəvi analizləri sayəsində bəlli olur.USM vasitəsilə qara ciyərin hansı dərəcədə zədələnməsi aşkar edilir.
Müalicə
Hepatit xəstəliyinin müalicəsi hepatoloqlar tərəfindən aparılır.Müalicənin effekti qəbul edilən dərmanların keyfiyyətindən və xəstənin müalicəyə tabe olmasından asılıdır.Xəstə daima həkim nəzarəti altında olmalı və onun bütün göstərişlərinə tabe olmalıdır.
Müasir müalicə üsulları
C hepatitinin müalicəsi zamanı beynəlxalq standartlara uyğun müalicə üsullarından istifadə edilir.Dərman preparatlarının təyini həkim tərəfindən xəstəliyin gedişinə uyğun olaraq təyin edilir.Son illərdə həkimin göstərişlərinə və müasir tibbin kəşf etdiyi dərman preparatlarla xəstəliyin əlamtlərini azaltmağa və müalicəyə nail olmaq mümkün olur.