Hepatit B virusu » Hepatoloq-Terapevt Dr. Könül Mahmudova Azərbaycan, Bakı şəhərində Hepatic C, Hepatit B, Hepatit D və Hepatit B visruslarının , xəstəliklərinin müasir müalicəsi

Hepatit B virusu

Hepatit

"HBV - HEPATİT B VİRUSU"

B hepatiti nədir
B hepatitinin əlamətləri aşağıdakılardır:
* yorğunluq,halsızlıq
* sağ qabırğaaltı nahiyədə ağırlıq hissi
* ürəkbulanma və iştahanın itməsi
* dərinin,gözün sklerasının saralması
* nəcisin rənginin açıq olması
* sidiyin rənginin tündləşməsi
* oynaqlarda ağrı
B virus hepatiti dünyada geniş yayılmış xəstəliklərdən olub,qara ciyərin zədələnməsi ilə xarakterizə edilir.Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda qara ciyrin sirrozuna və gərçəngə çevrilir.Müalicə vaxtında aparıldıqda isə uzun illər qara ciyər toxumasının qoruyub saxlamaq mümkün olur.
Xəstəliyə necə yoluxmaq olur?
B hepatiti insana müxtəlif tibbi manipulyasiyalardan,əməliyyatlardan,qanköçürmə prosedurlarından,stomotoloqun müalicsindən,tatuajdan,şprislərdən və cinsi yolla yoluxa bilir.Cinsi yolla yoluxma 30% hallarda baş verir.
Müayinəsi
B hepatitinə diaqnoz qoymaq üçün qanın anlizlərinin nəticələri əsas götürülür.
Yoluxması
B virus hepatiti çox yoluxucudur.Bu viruslar ətraf mühitə düşdükdə 1 həftə boyu davamlılıqlarını saxlaya bilirlər.Yür kürəsi əhalisinin 2 milyonu B hepatit virusuna yoluxub,350 milyon insan isə bu virusunun daşıyıcısıdır.Hər il 1 milyon adam B hepatitindən dünyasını dəyişir.Hər il 4 milyon adam isə kəskin B virusuna yoluxur.Xəstəliyə ən çox yaşlı adamlar yoluxurlar 9 yaşına kimi uşaqlar peyvənd olunduqlarına görə xəstələnmirlər.
Virus qana düşdükdə nələr baş verir?
Virus orqanizmə düşdükdə qan vasitəsilə qara ciyərə gəlir və orada çoxalmağa başlyır.Bu virusun çoxalması hepatositlərin ölümünə və qara ciyər toxumasının korlanmasına səbəb olur.
Klinikası
B hepatiti kəskin və xroniki olur.Kəskin B hepatiti 6 ay müddətində qara ciyər toxumasının zədələnməsinə səbəb olur.Xəstəlik qızdırma,ürəkbulanma ,halsızlıq və sarılıq əlamətləri ilə xarakterizə olunur.Bu zaman xəstəlik 6-8 həftə davam edir və xəstədə immunitet əmələ gəlir.İmmunitet əmələ gəlmədikdə isə xəstəlik xroniki formaya keçir və aktiv olmur.
Ömürlük hepatit B diaqnozu
Xroniki B hepatitinin gedişi onun proqressivləşməsindən asılıdır.Xəstələrin yarısında B hepatiti zəif inkişaf edir və xroniki hala keçir.Bu zaman qara ciyərin sirrozu və ya xərçəng riski çox aşağı olur.Xəstəliyin ağır nəticələrindən xilas olmaq üçün il ərzində ən azı bi dəfə hepatoloqun müayinəsindən keçmək lazımdır.
İlk əlamətlər nə zaman meydana çıxır?
Xəstəliyin gizli dövrü 3 həftədəb 6 aya kimi ola bilir.Bu zaman 70% xəstələrədə əlamətlr özünü göstərir.Bu əlamətlərə yorğunluq,sarılıq,sidiyin rənginin tündləşməsi aiddir.
B hepatiti damarların,böyrəklərin zədələnmələri ilə müşayət edilir.Xəstələrin oynaqlarında ağrılar baş verə bilir.
Müayinələr və diaqnoz
Qanın hepatitə qarşı yoxlanması aparılır.Nəticə müsbət olduqda xəstə müalicəyə cəlb olunur.Biokimyəvi analizlər,USM –in müayinəsi xəstəliyin diaqnozunun təsdiqlənməsində böyük rol oynayır.
Müalicədə istifadə olunan dərmanlar
B hepatitinin müalicəsi detoksiyasiya və qara ciyəri toxumasının bərpasına yönəldilir.
Müalicənin nəticələri
10-15% hallarda xəstələrdə tam sağalma müşahidə edilir.Kəskin halda xəstəlik vaxtında və düzgün müalicə olunduqda bu nəticəni əldə eləmək mümkün olur.Əksər hallarda xəstəlik xroniki hala keçir və ömür boyu xəstəyə yoldaş olur.
Müalicə zamanı nələrə diqqət etməli?
Son illər hepatitlərin müalicəsi ilə əlaqədar bir çox dərmanlar reklam edilir.Amma həkimlər bu dərmanların özbaşına qəbulunu məsləhət bilmirlər.Mütəxəssislər bunu düzgün hesab etmir və xəstəliyi tibbi metodlarla müalicə etməyi üstün tuturlar.
Xəstəlikdən necə qorunmalı?
Hepatitdən qorunmaq üçün peyvənd olunmaq lazımdır.Son 20 ildə peyvənd vasitəsilə hepatitdən qorunurlar.Bu zaman sağlam şxsə 3 dəfə etapla hepatit peyvəndi vurulur.Peyvənd edildikdə 5-8 il xəstəlikdən qorunmaq mümkün olur.
Kimlər peyvənd olunmalıdır?
Hamı peyvənd olunmaldır.Bu xəstəlik öz aktuallığını saxladıqca peyvənd etdirmək zəruridir.