Bilirubin

Hepatologiya

"BİLİRUBİN"

Bilirubin - sarımtıl-qırmızı piqment olub, ödün tərkibində olur. "Bilrubinin analizi" insanın qaraciyərinin necə işləməsi barədə informasiyadır.

Bilirubin qaraciyərin retikuloendotelial hüceyrələrində, dalaqda və sümük iliyində hemoqlobinin və digər hemoproteidlərin parçalanması zamanı yaranır. Qan plazmasının əsas komponenti olub, 2 fraksiyada aşkarlanır: düz (birləşmiş, konyuqə edilmiş) bilirubin, qeyri-düz (sərbəst) bilirubin. Bu fraksiyalar birlikdə ümumi bilirubini təşkil edir.

Ümumi bilirubinin normada: 3,4 - 17,1 мkmol/l - böyüklər üçün və uşaqlar üçün. Yenidoğulmuşlarda bilirubin səviyyəsi yüksək olur - bu fizioloji sarılıq adlanır.

Qanda bilirubinin səviyyəsinin yüksəlməsi bir çox xəstəliklərdə - В12 vitamini çatışmazlığı, qaraciyərin kəskin və xroniki xəstəliklərində, qaraciyər xərçəngi, hepatit, qaraciyərin birincili sirrozu, qaraciyərin toksiki, alkoqol, dərman zəhərlənməsi, öd daşı xəstəliyi və s. özünü büruzə verir.

Əgər düz bilirubin normadan yüksəkdirsə hepatoloqla məsləhətləşin.