Qaraciyərin biopsiyasına göstərişlər

Hepatologiya

Əgər görüntüləmə testlərinin cavabları birmənalı deyilsə, bu zaman USM və ya radioloji (məsələn, KT altında) qaraciyərin perkutan biopsiyası nəzərdən keçirilməlidir. Əgər törəmə biopsiyanın uğurlu olması baxımından çox kiçikdirsa və ya yaxşı vizualizasiyası (görüntülənməsi) və ya perkitan biopsiya ilə hədəflənməsi mümkün deyilsə, onda ya törəmənin sabit qalmasına əmin olmaq üçün xəstə yaxından müşahidə edilməlidir (məsələn, hər 3-6 aydan bir), ya da qaraciyərin laparoskopik biopsiyası aparılmalıdır.

Laparoskopik qaraciyər biopsiyası həm də assitlə müşahidə edilən qaraciyər sirrozu və koaqulopatiya olduqda aparılır. Həmin xəstələrdə perkutan yolla aparılan biopsiya zamanı qanaxma riski xeyli yüksək olur.

Əgər qaraciyər biopsiyası adenokarsinoma göstərirsə, bu zaman diferensial diaqnostika ya gizli birincili, ya da başqa yerdən metastatik adenokarsinoma arasında daralır. Birincili qaraciyər adenokarsinoması həmçinin xolanqiokarsinoma və ya öd axarı xərçəngi kimi də tanınır. Baxmayaraq ki, patoloji-histoloji boyanma şişin mənbəyini təyin etməyə kömək etmiş olur, bütün hallarda nəzərdə saxlamaq lazımdır ki, birincili qaraciyər xolanqiokarsinoması istisna diaqnozudur və əsasən qaraciyər xarici birincili bədxassəli şişlər istisna edildikdən sonra nəzərdən keçirilməlidir. Gizli birincili şişin axtarışı məqsədilə kolonoskopiya, qastroskopiya, mammoqrafiya, qinekoloji müayinı və Papanikolau yaxması (qadınlarda) və prostat spesifik antiqen (kişilərdə) və prostatın müayinəsi (kişilərdə) aparılmalıdır.