Qaraciyər Sirrozu və onun müalicəsi » Hepatoloq-Terapevt Dr. Könül Mahmudova Azərbaycan, Bakı şəhərində Hepatic C, Hepatit B, Hepatit D və Hepatit B visruslarının , xəstəliklərinin müasir müalicəsi

Qaraciyər Sirrozu və onun müalicəsi

Hepatologiya

Qaraciyər Sirrozunun müalicəsi
Sirrozun müalicəsi xəstəliyin irəliləməsinin qarşısını almaq, xəstəliyin kəskinləşməməsi və həyat keyfiyyətinin artması istiqamətində aparılır. Müalicə proqramı rejimindən və qidalanmadan, dərman müalicəsindən, xəstəliyin profilaktikasından və ağırlaşmanın müalicəsindən ibarət olur. Müalicənin keyfiyyəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Kompensasiya olunmuş sirroz xəstəliyi zamanı hepatosidlərin funksional vəziyyəti saxlanılır, portal hipertenziya və sintetik-zülal mübadiləsi funksiyasının pozulması əlamətləri olmur. Sirrozun bu səviyyəsində xəstəliyin əmələ gəlmə səbəbi aydınlaşır və ona uyğun olaraq xüsusi müalicə təyin edilir. Müalicə zamanı xəstənin fiziki və psixi vəziyyəti də nəzarət altında saxlanılır.
Əgər sirrozun əmələ gəlməsinə B və ya C hepatit virusu səbəb olubsa o zaman virus əleyhinə müalicə təyin edilir. Bu zaman təyin edilən müalicə son illərin araşdırmaları zamanı əldə edilən müalicə metadlarından ibarət olmalı, həm fibroz əleyhinə, həm də sirroz əleyhinə təsir etməlidir.
Spirtli içki səbəbindən əmələ gələn sirroz zamanı xəstəyə hepatoproterktorlar təyin edilir ki, bu da xəstənin spirtli içkidən imtina etməsinə səbəb olur. Bu zaman xəstə spirtli içki qəbul eləmir, xəstəliyin gedişi kəskinləşmir və fibroz toxuma əmələ gəlməsinin qarşısı alınır.
Metobolizm səbəbindən, düzgün qidalanmama, uzun müddət dərmanların qəbulu, hormonal pozğunluqlar səbəbli meydana gələn qaraciyər zədələnmələri müalicəyə daha yaxşı cavab verir. Belə ki, bu zaman düzgün müalicə olunduqda fibrozun inkişafını dayandırmaq və qaraciyərin əvvəlki funksiyasını bərpa etmək olur.
Qara ciyər sirrozunun dekompensasiya zamanı sirrozun ağırlaşması baş verməsin deyə xəstələrə dieta saxlamaq lazım gəlir. Dekompensasiya olunmuş sirroz ağırlaşmaların olması ilə xarakterizə olunur. Bu ağırlaşmaların əsasını portal hipertenziya və portal sistemə edilən təzyiqlər durur. Bu özünü splenomeqaliya (dalağın böyüməsi), venaların varikoz genəlməsi, qida borusu və mədə qanaxmaları, assit (qarın boşluğuna maye yığılması) ilə göstərir.
Sirroz zamanı portal hipertenziya olduqda müxtəlif dərman qruplarından, vazodilatatorlardan, vazokonstrikorlardan da istifadə edilir.
Sirroz xəstəliyi inkişaf edən xəstələrin 50%-i 2 il yaşayır, 25-50%-i müalicəyə tabe olur və 6 ay yaşayır. Sirroz assit əmələ gətirdikdə müalicə artıq mayeni orqanizmdən çıxarmaqdan ibarət olur. Bu zaman xəstəyə duzsuq qida madələrindən istifadə etmək və sidikqovuculardan istifadə etmək məsləhət görülür.
Sirrozun terminal vəziyyəti olduqda qaraciyər əməliyyat olunub çıxarılır və qara ciyər köçürmə həyata keçirilir.
Sirroz xəstələrinə aşağıdakılarla qidalanmaq məsləhət görülür.
Sirroz xəstələri duzsuz qida qəbul eləməli və kaliumla zəngin qidalarla qidalanmalıdır. Belə xəstələr qidalarını balanslaşdırmalıdırlar.
Qidalarda əsasən zülalın, yağın, karbohidrotların, mineral suların miqdarı mütləq balanslaşdırılımalıdır. Zülallar, yağlar və karbohidratlar 1:1:4 nisbətində olmalıdır.
Zülalların qidanın 60%-ni həyvani zülallar təşkil etməlidirlər. Yağların 20-25%-i bitki tərkibli yağlardan ibarət olmalı və süzülməmiş yağ turşularından alınmalıdır. Karbohidratların balanslaşması isə nişasta, şəkər tozu və pektinlə əvəz olunmalıdır. Orqanizmin ehtiyacı olan şəkər meyvələrdən və giləmeyvələrdən alınmalıdır. Vitamin və mineralların miqdarını da həkimin dediyi qədər, yəni gündəlik təlabata uyğun olaraq balanslaşmalıdır.
Qidalanma rejimi
Qidalanma 4-5 saatdan bir, gün ərzində 3-4 dəfə olmalıdır. Piylənməyə meyillik olduqda gün ərində 5-6 dəfə qidalanmaq lazımdır.
Sirroz xəstəliyinin profilaktikası
Xəstəliyin diaqnozu təsdiq olunduqdan sonra dərhal müalicə başlanmalı və müasir müalicə metodlarından istifadə edilməlidir.