Hepatit xəstəliyinin təyin edilməsi

Hepatologiya

Qadınlarda, kişilərdə, uşaqlarda hepatit əlamətləri
Hepatit kəskin və xroniki formada ola bilir. Virus hepatitlerinin 8 növü var, ölkəmizdə ən çox xronikləşən 3 novü Hepatit B, Hepatit C, Hepatit D. Onun əlamətləri kəskinləşmə dövründə (baş ağrıları, ürəkbulanma, iştahanın azalması, bədən tempraturunun yüksəlməsi) başqa digər xəstəliklərin əlamətlərinə bənzəyir. Bir müddət keçdikdən sonra bu əlamətlərlə yanaşı sağ qabırğaaltı nahiyədə - qara ciyərdə ağrı hissiyyatı da meydana çıxır.
Müəyyən müddət keçdikdən sonra  hepatit öz əlmətlərini göstərməyə başlayır. Hepatit öz əlmətlərini ürəkbullanma, qusma, iştahanın azalması və ya tamamilə itməsi ilə göstərir. Ağız boşluğunda quruluğun artması, ağızda xoşagəlməz dadın əmələ gəlməsi də hepatit xəstəliyinin əsas əlamətlərindən biridir.  Hepatit zamanı həzm sistemində də problemlər meydana çıxmağa başlayır. Bu özünü qaz əmələ gəlməsi, bağırsaq fəaliyyətinin pozulmaları ilə biruzə verir ki, bunun da səbəbi qara ciyər fəaliyyətinin pozulması  ilə əlaqədar olaraq öd ifrazının pozumasıdır.
Hepatitin kəskinləşdiyi dövrdə xəstələr sağ qabırğaaltı hissədə diskomfort hiss etməyə başlayır. Diskomfort hissi sonralar qarın və döş qəfəsinin aşağı hissəsinə yayılmağa başlayır. Hepatitin ən əsas əlamətləri aşağdakilardır. Bu əlamətlər əsasən özünü xəstəliyin gecikmiş dövrlərində  göstərir:
* gözün ağ hissəsində və dəridə sarılıq əlamətlərinin olması.
* diş əti və burun qanaxmaları.
* sidiyin rənginin dəyişməsi.
* nəcisin rənginin dəyişilməsi.
* bədəndə səpgilərin olması.
* sağ qabırğaaıtı hissədə ağrı.
* oynaqlarda ağrı.

Hepatitin yüngül forması bəzən heç bir əlamət vermədən keçə bilir, amma, virus hepatiti xəstəliyinin olduğu zaman əlamətlər kəskin şəkildə özünü göstərir. Bu xəstəliyin problemli olması onun diaqnozunun vaxtında qoyulmamasındadır. Xəstəlik əsasən qara ciyər toxuması zədələnib, intoksikasiya əlamətləri bütün orqanizmdə özünü biruzə verdiyi zaman meydana çıxır.

Qadınlarda hepatit xəstəliyinin əlamətləri:
Xəstəliyin əlamətləri aldadıcı ola bilir. Bəzən hepatit xəstəliyi olan qadınlarda uşaqlıq qanaxmaları və ya uzun müddətli aybaşı ola bilir. Bunun səbəbi isə qadın cinsi hormonlarında baş verən dəyişikliklərlə əlaqədardır.

Kişilərdə hepatit xəstəliyinin əlamətləri:
Kişilərdə hepatit xəstəliyi daha qabarıq əlamətlərlə özünü göstərir. Belə  ki, kişilərdə bu xəstəlik alkahol sirrozuna çevrilir. Bu zaman kişilərdə ginekomastiya(süd vəzinin böyüməsi)əlaməti meydana çıxır.

Uşaqlarda hepatit əlaməti:
Uşaqlarda da xəstəliyin əlamətləri böyüklərdə olduğu kimidir bu zaman sarılıq əlamətləri meydana çıxır. Uşaqlarda bu xəstəliyin fonunda B və C hepatit virusu xəstəlikləri də baş verə bilir ki, bu zaman da xəstəliyi vaxtında aşkar etmək mümkün olmur.