Azərbaycanda ən çox xronikləşən 3 növ Hepatit

Hepatologiya / Hepatit

Hepatit qara ciyərin iltihabi xəstəliyi olub, bəzi hallarda viruslar səbəbindən baş verir.
Ümumi məlumat
Hepatit xəstəliyi özünü qripp xəstəliyinin əlamətlərinə bənzər əlamətlərlə biruzə verməyə başlayır. Xəstələrdə ümumi halsızlıq, ürəkbulanma, iştahsızlıq, hərarətin yüksəlməsi müşahidə edilir. Xəstəliyin vəziyyəti ağırlaşdıqca xəstələrin dəri və görünən seikl qişalarında sarılıq əlamətləri, nəcisin və sidiyin rənginin dəyişilməsi, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi meydana çıxmağa başlayır.

Virus hepatitinin 8 növü var, ölkəmizdə ən çox xronikləşən 3 növü Hepatit B, Hepatit C, Hepatit D:

Hepatit B
B hepatiti virus hepatit xəstəliyinin ciddi formalarndan hesab edilir. Belə ki, bu xəstəliyi keçirən qara ciyərdə uzun müddət iltihab əlamətləri və xroniki qara ciyər xəstəlikləri meydana çıxır. Bunlar da ciddi qara ciyər xəstəliklərinə, hətta sirroza da səbəb ola bilir. B hepatititin qarşısını vaksinasiya yolu ilə saxlamaq mümkündür.
B hepatit virusu əsasən qan yolu ilə yoluxur. Bu xəstəliyə iynə, tatuaj vasitələri, iynə terapiyası zamanı, pirsinq etdirdikdə, stomotoloji müalicələrdən sonra  yoluxmaq mümkündür. Əvəllər B hepatiti əsasən qan köçürmələri zamanı baş verirdi. Bu da ən çox donor qanını loborator şəraitdə yoxlanmadığı zamanlarda olurdu. Bu səbəbdən də 1972-ci ildən başlayaraq donor qanı laborator şəraitdə yoxlaıldıqdan sonra köçürülməyə başlandı. B hepatit virusu yoluxduğu zaman ilk həftələrdə xəstəliyin əlamətləri digər hepatit əlamlərinə bənzəyir. 2-3 ay keçdikdən sonra isə B hepatititin özünəməxsus əlamətləri meydana çıxmağa başlayır. Bu zaman xəstə ətrafdakılar üçün daha təhlükəli sayılır. Yoluxma ətrafdakıları da xəstələndirə bilər, amma, vaksinasiya olunmuş insanlarda xəstəlik inkişaf etmir.

Hepatit C
Hepatitin bu növü də qan vasitəsilə yoluxur. Xəstəliyin əlamətləri əsasən 1-10 həftə ərzində meydana çıxmağa başlayır. Bu növ hepatit zamanı dəridə və görünən selikli qişalarda sarılıq əlamətləri müşahidə edilməyə bilir. C hepatitinin təhlükəliyi onun asanlıqla ağır xroniki hepatitə və qara ciyər sirrozuna çevrilməsindədir. Müasir tibbdə qan analizləri edərək əvvəlcədən qanda gizli C hepatiti olub olmamasını öyrənmək mümkün olur.

Hepatitin əlamətləri varsa
Hepatitə yoluxma şübhəsi olduğu zaman mütləq həkimə müraciət etmək lazımdır. Dəridə sarılıq hiss olunduğu zaman, sidiyin rəngi tündləşdikdə, nəcisin rəngi açıq olduqda, ümumi halsızlıq, iştahanın itməsi, sağ qabırğaaltı nahiyədə ağırlıq və ya ağrı olduğu zaman mütləq hepatoloqa müraciət etmək və müayinələrdən keçmək lazımdır.

Hepatit zamanı siz nə edə bilərsiniz?
Hepatit xəstəliyinin müalicəsinin xəstədən asılı olan proqramlaşdırılmış müalicəsi yoxdur. Belə ki, xəstəliyə yoluxan hər bir insan qidalanmasına, yataq rejiminə, istirahətinə fikir verməklə bu xəstəlikdən yaxa qurtara bilməz. Əksinə, belə düşünmək ətrafdakıların da yoluxmasına səbəb olur. Müayinələrdən keçmədən insan özünün hepatit xəstəsi olub olmadığını aşkar edə bilməz. Xəstəlik aşkar edildikdə isə həkimin nəzarəti mütləq sayılır. Virus əlamtlərinin azalması və xəstənin vəziyyətinin yaxşılaşması üçün mütləq həkmin dediklərinə əməl etmək və daima həkim nəzarəti altında olmaq lazımdır.
Hepatit xəstəliyi aşkar edildiyi zaman isə spirtli içki qəbuluna mütləq son qoyulmalıdır. Bu müalicənin keyfiyyətini sürətləndirir.
Virus hepatiti xəstələri qidalanmalarına nəzarət etməli, istirahətlərini diqqət altında saxlamalıdırlar. Xəstələr orqanizm tərəfindən asan sorulan qidalar qəbul eləməli, qızardılmış, yağlı yeməklərdən uzaq durmalıdırlar. Virus hepatiti xəstələrinə daha çox karbohidratlarla zəngin qidalar (buğdakimilər və meyvələr) qəbul eləmək məsləhət bilinir.
Virus hepatiti xəstəliyinindən müalicə olunub xəstəxanadan evə buraxılan xəstələrə  də uzun müddət həkimə əlaqədə olmaq məsləhət görülür. Belə xəstələr bir-neçə ay yenə də qan anaizləri vermələ və təhlillərin cavabını həkimə göstərməlidir.
Müalivə müddəti və ondan bir-neçə ay sonra virus hepatitindən sağalan adamlara spirtli içki qəbul eləmək, qara ciyər funksiyasına təsir edən dərmanlar atmaq məsləhət görülmür. Xəstə qəbul edəcəyi hər bir dərmanı öz həkimi ilə məsləhətləşib qəbul eləməlidir. Hamiləlik əleyhinə dərmanlar, trankvilizatorlar, bəzi antibiotiklər, antidepressantlar virus hepatitindən sağalan xəstənin qara ciyərini yenidən zədələyə bildiyinə görə bu dəqmanları qəbulu mütləq həkim nəzarət altında olmalıdır.
Hepatit xəstəliyinə yoluxmamaq üçün mütləq yeməkdən öncə əlləri yumaq lazımdır.

Həkim nə etməlidir?
Xəstəliyə şübhə olduqda həkim xəstəni mütləq müayinə olunmaq üçün xəstəxanaya göndərməlidir. Xəstəlik aşkar edilərsə xəstənin bütün yaxınları da müayinə olunmalıdırlar. Ağırlaşmalarla üzləşməmək üçün xəstəliyin müalicəsi erkən dövrlərdə başlanmalıdır.

Hepatitin profilaktikası
B və C hepatiti
Harkotikdən istifadə eləmək, başqasının saqqızını çeynəmək olmaz. Başqasının açıq yarasına, kəsik yerinə, yanıq nahiyəsinə toxunmaq olmaz. Ümumi yerlərdə manikür etdirərkən diqqətli olmaq lazımdır. Çalışın öz alətlərinizlə manikür olunun. Başqalarını diş fırçasından, ülgücündən də istifdə etmək qəti qadağandır. B hepatit virusu bölgəsində yaşayırsınızsa o zaman mütləq peyvənd vurdurun.
İndi uşaq poliklinikalarında planlı surətdə uşaqlar vaksinasiya olunurlar. Amma, tibb işçiləri, diş texnikləri, narkomanlar, pozğun həyat tərzi yaşayanlar, tez-tez dializ olunan xəstələr virus hepatitinə yoluxmaq üçün risk altında olan adamlardan hesab edilirlər.