Qaraciyər Sirrozunun ağırlaşmaları

Hepatologiya

Sirrozlu xəstələrdə bir çox ağırlaşmaların olması mümkündür: - İnfeksion xəstəliklərin tezliyinin artması. Sirrozlu xəstələrin bədəni infeksiyalarla mübarizə aparmaqda çətinlik çəkir. - Maddələr mübadiləsinin pozğunluğu. Qaraciyərdə sirroz bədəndə maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu isə öz növbəsində ümumi zəiflik və çəkinin azalmasına gətirib çıxarır - Qanda yüksək miqdarda toksinin dövr etməsi. Qaraciyər qanda olan toksinləri çıxdaş edə bilmədiyindən bu toksinlən bütün bədəndə xüsusilə də baş yeyində problemlər yaradır. Buna hepatik ensefalopatiya da deyilir.
Belə ki, insanlrın şüurunda dumanlılıq, diggətlərini toplaya bilməmək kimi xüsusiyyətlər əmələ gəlir. Zaman keçdikcə ensefalopatiya süstlük və komaya gətirib çıxara bilər. - Qapı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi. Qapı venası bağırsaqlar və dalaqdan gələn venoz qanı qaraciyərə ötürür və qan təmizləndikdən sonra qaraciyər venaları vasitəsilə aşağı boş venaya axır. Amma sirrozlu xəstələrdə venoz qan qaraciyə daxil ola bilmədiyi üçün qapı venasında toplanıb qalır və onda təzyiqi artırır. Qapı venasında toplanmış qan əlaqəli olan kiçik venalar vasitəsilə ürəyə doğru hərkət edir və bir müddətdən sonra bu venaların genişlənməsinə səbəb olur. Bunlardan ən təhlükəlisi qida borusu və mədə dibində yerləşən venalarıdır. Genişlənmiş (varikoz) qida borusu venaları çox asanlıqla partlaya və həyat üçün təhlükəli qanaxmalara səbəb ola bilir. - Qaraciyər xərçənginin formalaşma riski. Sirroz qaraciyərdə Hepatoselülar Karsinoma adlanan xərçəngin formalaşmasına gətirib çıxara bilər. Odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur. Həkimə nə zaman müraciət etməli Yuxarıda sadalanan şıkayətləriniz olarsa və ya risk faktorlarından hər hansı biri sizdə olarsa həkimə müraciət etməniz məsləhətdir. Həkimiz sizə müayinə, müalicə və profilaktik tədbirlər haqqında ətraflı məlumat verəcək.