Qara ciyərin piy distrofiyası xəstəliyi, əlamətləri, diaqnozu

Hepatologiya

Qara ciyərin piy distrofiyası qara ciyərin xroniki xəstəliklərindəndir. O özünü qara ciyər toxumasında piy toxumalarının toplanması ilə göstərir. Qara ciyərin piy distrofiyası xəstəliyi tez-tez rast gəlinən xəstəliklərdəndir. Qara ciyərin piy distrofiyası toksiki maddələr, alkohol, şəkərli diabet, anemiya, enterit, keyfiyyətsiz qidalanma, piylənmə və s. səbəbli meydana gəlir.

Səbəbləri:
Qara ciyərdə hepatozların inkişaf etmə mexanizmi yağlı qidalar və karbohidratların  qara  ciyərə təsirindən əmələ gələn piy distrofiyası səbəbindən baş verir. Qara ciyərdə yağ mübadiləsinin pozulması fosfolipid, beta-lipopprotein və lesitin mübadiləsinin pozulması səbəbindən meydana gəlir. Bu isə artıq yağların qara ciyər toxumasında toplanmasına səbəb olur.

Əlıamətləri:
Adətən hepatozlar(piy distrofiyası)kəskin əlamətlər vermir. Piy distrofiyası xəstəliyi zəif gedişə malik olur. Xəstəlik irəlilədiyi zaman xəstələr sağ qabırğaaltı nahiyədə küt ağrı, ürəkbulanma, qusma və bağırsaq pozğunluqlarından şikayət edir. Xəstələr ümumi zəiflikdən, baş ağrılarından, başhərlənmədən, arıqlamadan, qaşınmadan, qarında köpdən şikayət edirlər. Müayinə zamanı xəstənin qara ciyərində böyümə qeyd edilir. Xəstənin qara ciyərini əlləyən zaman ağrı meydana çıxır. Hepatozlar ağırlaşdıqca xroniki hala və qara ciyər sirrozuna çevrilə bilir.

Diaqnoz:
Qara ciyərin piy distrofiyasına daxili orqanlarrın USM müayinəsi zamanı diaqnoz qoyulur. Bu zaman onun ölçüləri təyin edilir. Biokimyəvi müayinələr, müalicəvi sınaqlar, zülalların dəyişilməsinin  analizləri isə xəstəliyin diaqnozunu tam dəqiqləşdirir.

Müalicə:
Dərman təyini vəziyyətdən asılı olaraq həkim təyin edir

Qara ciyərdə hepastozun əmələ gəlməsində insulin asılılığının da rolu böyükdür. Uzun müddət insulindən asılı şəkərli diabet xəstəliyi qara ciyərdə piy distrofiyasının əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstəyə insulin həssaslığının aradan qaldırılması məqsədilə xüsusi dərman preparatları təyin edilir. Bu zaman insulin  həssaslığı aradan qalxır və qara ciyərin periferik toxumasında fermentlərin mübadiləsi yaxşılaşır, qanda isə qlükozanın, triqliseridlərin və lipidlərin  miqdarı azalır.
Qara ciyərin piy distrofiyası zamanı xəstə 6-12 ay müddətində müalicə alır. Bu müddət ərzində xəstənin qara ciyərinin ölçüləri normallaşır, orqanizmin piylənməsi azalır, arterial hipertenziya , hiperurikemiya əlamətləri aradan qalxır.
Qara ciyərin piy distrofiyasından əziyyət çəkən hər bir xəstəyə hepatozdan xilas olmaq üçün xüsusi yanaşma təyin edilir. Müalicə müddətində xəstələrin qəbul etdikləri dərmanlara qarşı həssaslıqları və əks göstərişlər nəzərə alınmalıdır. Müalicə həkimin nəzarəti altında aparılmalıdır.