Qaraciyəri qoruyan qidalar

Pəhriz

Mütəxəssislər qaraciyər sağlamlığının qorunmasında istehlak edilən qidalara diqqət etməyi tövsiyə edirlər. Alma, ənginar və yerkökü kimi qidalar qaraciyəri yeniləyir. Spirt istifadəsi və həddindən artıq yağlı yeməklər qaraciyər xəstəliklərinə yol açır. Qaraciyər sağlamlığını istəyiriksə spirt, siqaret və həddindən artıq yağlı yeməklərin istehlakını dayandırmalıyıq.
Düzgün qidalanan zaman meyvə və tərəvəzlərin tərkibindəki antioksidantlar qaraciyəri qorumağı öz öhdəsinə götürüb, təmizləyir.
Qaraciyər sağlamlığında ilk addım istehlak edilən qidaların diqqətlə seçilməsidir. Həmçinin balanslı qidalanma proqramına əməl edilməlidir. Doğru yeməklər antioksidant təsirləri ilə qaraciyəri təmizləyir və qoruyur. Ən böyük orqanlardan biri olan qaraciyərin qidalarla birlikdə alınan vitamin və mineralların sorulması, bədəndəki zərərli maddələrin təmizlənməsi kimi əhəmiyyətli vəzifələri var. Müntəzəm spirt istifadəsi və həddindən artıq yağlı qidaların istehlakı qaraciyər yağlanması, hepatit və qaraciyərin sirrozu kimi qaraciyər xəstəliklərinə yol açır. Bəs qaraciyəri qoruyan qidalar hansılar?
Qaraciyəri qoruyan qidalar:
-alma yüksək tərkibli liflərdən ibarətdir və həzm sistemindəki toksinlərin atılmasına dəstək olur. Beləliklə, qaraciyərin işini asanlaşdırır.
-Qaraciyərin qorunmasında sarımsağın da xüsusi bir yeri var. Sarımsaq qaraciyər maddələrini aktivləşdirərək toksinlərin orqanizmdən atılmasına dəstək olur.
-Qırmızı çuğundur və yerkökü isə qaraciyər funksiyalarının yaxşılaşmasını təmin edir.
-Eyni şəkildə ənginar da qaraciyər hüceyrələrinin bərpasına dəstək olur və yağlanmasına mane olur.