Haqqımda

Hepatolog.az » Haqqımda
Dr. Könül Mahmudova
Haqqımda

Dr. Könül Mahmudova

Hepatoloq-Terapevt

2003-cü ildən təbabətdəyəm, 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmişəm. Bu gün Bakıda, Medikus Clinic-də hepatoloq-terapevt kimi qəbul aparıram: virus hepatitləri, autoimmun və toksiki hepatitlər, qaraciyər piylənməsi və sirroz. İşimdə iki şeyə xüsusi diqqət yetirirəm. Birincisi — düzgün diaqnoz: analizlərin normal görünməsi hələ qaraciyərin sağlam olması demək deyil, ona görə qaraciyərin vəziyyətini elastometriya ilə, biopsiyaya ehtiyac olmadan qiymətləndirirəm. İkincisi — tələsməmək: hər aşkarlanan virus dərhal müalicə tələb etmir, həkim nəzarəti olmadan başlanan preparatlar isə qaraciyərə zərər verə bilər. EASL və APASL assosiasiyalarının üzvüyəm, beynəlxalq konfranslarda mütəmadi iştirak edirəm.

  • EASL üzvü
  • APASL üzvü
  • Elastometriya müayinəsi
  • 2003Təcrübəyə başlayıb
  • 8Beynəlxalq konfrans
  • 2Beynəlxalq assosiasiya
  • 14Müalicə istiqaməti

Çalışdığı tibb müəssisələri

2003-cü ildən bu günə qədər klinik təcrübə yolu

  1. 2003–2006

    Silahlı Qüvvələrin Baş klinik hospitalı

    Orta tibb işçisi vəzifəsində çalışıb.

  2. 2006–2016

    Silahlı Qüvvələrin Baş klinik hospitalı

    Reanimasiya və intensiv terapiya bölməsində həkim ordinator vəzifəsində çalışıb.

  3. 2012

    Özəl tibb müəssisələri

    Özəl tibb müəssisələrində işləməyə başlayıb.

  4. 2014–2017

    “Qrand hospital”

    Aprel 2014 – mart 2017 tarixlərində fəaliyyət göstərib.

  5. 2017

    “Caspian International Hospital”

    Mart – aprel 2017 tarixlərində fəaliyyət göstərib.

  6. 2017–2018

    “Qrand hospital”

    Aprel 2017 – iyun 2018 tarixlərində fəaliyyət göstərib.

  7. 2018–2019

    “City Hospital”

    İyun 2018 – yanvar 2019 tarixlərində fəaliyyət göstərib.

  8. 2019–2024

    “Funda Medical Center”

    Yanvar 2019 – 2024-cü illərdə fəaliyyət göstərib.

  9. 2024 – indi

    “Medikus Clinic”

    2024-cü ildən fəaliyyət göstərir.

İştirak etdiyi kurslar və konfranslar

Hepatologiya üzrə beynəlxalq elmi tədbirlər

2012

Sankt-Peterburq

Hepatoloji məktəbdə keçirilən, Qaraciyər xəstəliklərini öyrənən Assosiasiyanın təşkil etdiyi konfransda iştirak edib.

2013

Hollandiya

Qaraciyər xəstəliklərini öyrənən Assosiasiyanın təşkil etdiyi konfransda iştirak edib.

2014

İngiltərə

Hepatit viruslarının müalicəsini öyrənən konfransda iştirak edib.

2015

Avstriya

Virus hepatitlərinin köhnə və yeni müalicə üsullarını öyrənən konfransda iştirak edib.

2016 · fevral

Yaponiya

Hepatit C virusunun müasir müalicə üsullarını öyrənən konfransda iştirak edib.

2016 · aprel

İspaniya

Hepatit C, Hepatit B və Hepatit D viruslarının müasir müalicə üsullarını öyrənən konfransda iştirak edib.

1 oktyabr 2016

Türkiyə–Azərbaycan Hepatoloji məktəbi

Təşkil edilən toplantıda “Elastometriya — Qara ciyər xəstəliklərini öyrənən son müasir metodlar” adlı məruzə ilə çıxış edib.

EASL

European Association for the Study of the Liver

Avropa qara ciyər xəstəliklərini öyrənən assosiasiya tərəfindən təşkil edilən konfransda iştirak edib.

Beynəlxalq assosiasiya üzvlüyü

Hal hazırda EASL (European Association for the Study of the Liver) və APASL (The Asian Pacific Association for the Study of the Liver) Asiya qara ciyər xəstəliklərini öyrənən assosiasiyalarının üzvüdür.

Müalicə istiqamətləri

Qaraciyər və həzm sistemi xəstəlikləri üzrə qəbul

  • Auto-immun hepatitlər
  • Virus hepatitləri (Hepatit C, Hepatit B, Hepatit D xəstəlikləri)
  • Toksiki hepatitlər
  • Vilson Kanavalov
  • Jilber sindromu
  • Qastrit
  • Kuron xəstəliyi
  • Mədə bağırsaq xorası
  • Xolesistit
  • Öd daşı
  • Öd yollarının diskinizasiyası
  • Qəbzlik
  • Diareya
  • Dizbakterioz

Müayinə üçün qəbula yazılın

Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)