Hepatit A virusu (HAV) tərəfindən törədilən və qaraciyərin iltihabına gətirən qaraciyər infeksiyasıdır. Ən geniş yayılmış qaraciyər xəstəliyidir. Hepatit A müalicəyə nisbətən tez tabe olur, belə ki hepatit xroniki mərhələyə keçmir.
Hepatit A-nın səbəbləri:
Orqanizmin Hepatit A virusu ilə yoluxması.
Qidada çirklənmiş məhsullar, çirkli, çiy su istifadə olunması.
Zəhərlənmiş adam ilə ümumi qabların, hamam ləvazimatlarının istifadə edilməsi.
Virusun cinsi yolla keçməsi.
Virusun ana bətnində anadan uşağa keçməsi.
Hepatit A üçün xarakterik olan əlamətlər:
Uzun müddət ərzində (10 günədək) yüksək temperatur.
Ürəkbulanma, qusma.
Ümumi narahatlıq.
Sidiyin tündləşməsi.
Dərinin, selikli qişaların saralması.
Nəcisin solğunlaşması.
Hepatit A-nın diaqnozu:
Hepatit A-nın diaqnostikası zamanı həkim bir sıra analiz və müayinələr təyin edir. Yuxarıda qeyd edilən əlamətlərdən bir neçəsini özünüzdə hiss edirsinizsə, gecikmədən peşəkar həkimlərə müraciət edin!