Hepatitlər

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Hepatitlər » Hepatit A virusu (HAV) - əlamətləri, fəsadları və müalicəsi
Hepatitlər 04-01-2021 3 dəq oxunuş

Hepatit A virusu (HAV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit A virusu (HAV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit A virusu (HAV) tərəfindən törədilən və qaraciyərin iltihabına gətirən qaraciyər infeksiyası ən geniş yayılmış qaraciyər xəstəliyidir. Hepatit A müalicəyə nisbətən tez tabe olur, belə ki, bu hepatit xroniki mərhələyə keçmir.

Hepatit A-nın yaranma səbəbləri nələrdir?

Hepatit A-nın yaranma səbəbləri orqanizmin Hepatit A virusu ilə yoluxması, qidada çirklənmiş məhsullar, çirkli və çiy su istifadə olunması, zəhərlənmiş adam ilə ümumi qabların, hamam ləvazimatlarının istifadə edilməsi, virusun cinsi yolla keçməsi və ana bətnində anadan uşağa keçməsidir. Hepatit A infeksion mənşəli bir xəstəlikdir. Müxtəlif qab-qacaqdan və ya başqa bir insanın steril olmayan hər hansı bir ləvazimatından istifadə etdikdə hepatit A virusuna yoluxa bilərik.

Hepatit A virusunun əlamətləri özünü necə büruzə verir?

Hepatit A virusunun əlamətləri özünü ilk növbədə pasiyentlərin özlərində bir narahatçılıq hiss etməsi ilə büruzə verir. Xəstəlik üçün xarakterik olan əlamətlər aşağıdakılardır:

  • Uzun müddət ərzində (10 günədək) yüksək temperatur;
  • Ürəkbulanma, qusma;
  • Ümumi narahatlıq;
  • Sidiyin tündləşməsi;
  • Dərinin, selikli qişaların saralması;
  • Nəcisin solğunlaşması.

Hepatit A simptonları və ilkin narahatlıqlar hansılardır?

Hepatit A simptonları zamanı pasiyentlər özlərində yorğunluq, yuxudan gec durmaq və yataqdan durmamaq, həmçinin depressiya hissləri kimi narahatlıqlar hiss edirlər. Müəyyən bir müddətdən sonra bu hallar qızdırma, yəni istiliyin artması ilə fəsadlaşa bilər. Burada daxili istilikdən danışmırıq, termometrdə temperaturun 37.5, 38 olmasını görürük və bu zaman xəstə həkiminə müraciət etməyə məcbur olur.

Təmiz su və yuyulmuş meyvə-tərəvəz — hepatit A-dan qorunmada gigiyena

Temperaturun qalxması və digər əlamətlər zamanı nə müşahidə olunur?

Temperaturun qalxmasını gördükdə bəzən xəstənin skleralarında, yəni gözün ağlı qişasında saralma görə bilirik və saralmanı görəndə xəstə təşvişə düşür. Həmçinin ikinci bir simptom olaraq sidiyinin rənginin tündləşməsini görə bilir. Bütün bu əlamətlər pasiyenti həkimə müraciət etməyə məcbur edir və hepatit A müalicəyə nisbətən tez tabe olur.

Hepatit A-nın diaqnostikası necə aparılır?

Hepatit A-nın diaqnostikası zamanı bir sıra analiz və müayinələr təyin edirəm. Yuxarıda qeyd edilən əlamətlərdən bir neçəsini özünüzdə hiss edirsinizsə, gecikmədən peşəkar həkimlərə müraciət edin! Unutmayın ki, bu hepatit xroniki mərhələyə keçmir.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)