Hepatit A infeksion mənşəli bir xəstəlikdir. Bu virus əsasən çirklənmiş qida və su vasitəsilə, həmçinin xəstə insanla yaxın təmas zamanı keçir. Müxtəlif qab-qacaqdan və ya başqa bir insanın steril olmayan hər hansı bir ləvazimatından istifadə etdikdə hepatit A virusuna yoluxa bilərik. Bəs hepatit A simptonları nədir və xəstəlik özünü necə büruzə verir?
Hepatit A simptonları nədir?
İlk növbədə pasiyentlər özlərində bir narahatçılıq hiss edirlər. Bu zaman aşağıdakı əlamətlər özünü göstərir:
- Yorğunluq
- Yuxudan gec durmaq və yataqdan durmamaq
- Depressiya hissləri
Qızdırma və digər fəsadlar
Müəyyən bir müddətdən sonra bu hallar qızdırma, yəni istiliyin artması ilə fəsadlaşa bilər. Lakin burada daxili istilikdən danışmırıq, termometrdə temperaturun 37.5, 38 olmasını görürük. Bu zaman xəstə həkiminə müraciət etməyə məcbur olur.
Temperaturun qalxmasını gördükdə bəzən xəstənin skleralarında, yəni gözün ağlı qişasında saralma görə bilirik. Saralmanı görəndə xəstə təşvişə düşür. Həmçinin ikinci bir simptom olaraq sidiyinin rənginin tündləşməsini görə bilir. Bütün bu əlamətlər pasiyenti həkimə müraciət etməyə məcbur edir.