Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Qaraciyər sirrozu: səbəbləri, əlamətləri və müalicəsi
Mövzular 31-08-2026 3 dəq oxunuş

Qaraciyər sirrozu: səbəbləri, əlamətləri və müalicəsi

Qaraciyər sirrozu: səbəbləri, əlamətləri və müalicəsi

Qaraciyər sirrozu uzun müddət gizli şəkildə inkişaf edən və erkən mərhələdə əlamətləri çox vaxt hiss olunmayan ciddi xəstəlikdir. Əgər qaraciyərimizi sirroz edəcək səbəbləri vaxtında ortaya qoya bilsək və həkimlə bərabər mübarizə aparsaq, sirroz hökm deyil və onun uğurlu müalicəsi mümkündür.

Qaraciyər sirrozu necə yaranır və səbəbləri nələrdir?

Sirrozu yaradan səbəblər virus mənşəli və qeyri-virus mənşəli ola bilər. Sirroz kəlməsini eşidən hər bir pasiyentin demək olar ki, dünyası qaralır, lakin düzgün yanaşma ilə bu səbəbləri aradan qaldırmaq mümkündür.

  • Hepatit B
  • Hepatit C
  • Hepatit D
  • Şəkərli diabet xəstəlikləri
  • Qaraciyər piylənməsi
  • Autoimmun xəstəliklər
  • Maddələr mübadiləsinin pozğunluğu (Vilson xəstəliyi daxil olmaqla)
  • Qapı venasının trombozu

Qaraciyər sirrozunun ilkin əlamətləri və fəsadları hansılardır?

Qaraciyər lal orqan olduğu üçün sirrozun ilkin əlamətləri çox vaxt hiss olunmur və xəstələr bizə adətən xəstəliyin son mərhələsində müraciət edirlər. Sirroz vaxtında təyin olunub diaqnoz qoyulmadıqda, aşağıdakı kimi ciddi fəsadlar yarana bilər:

  • Qida borusu venalarının qanaxması
  • Ensefalopatiya
  • Yuxululuğa meyllilik
  • Ümumi orientasiyanın itməsi

Qaraciyər xəstəlikləri zamanı hansı müayinələr aparılır?

Sağ qabırğaaltı nahiyəmizdə ağrılar olduqda ultrasəs həkiminə müraciət edirik və qaraciyəri tədqiq edən müxtəlif müasir cihazlardan istifadə olunur. Müasir texnologiya olan elastometriya vasitəsilə qaraciyərdə gedən fibroz prosesini aydınlaşdırmalıyıq. Əgər fibrotik prosesi vaxtında araşdırıb diaqnozunu qoysaq, nəticələr daha gözəl olar. Qaraciyər xəstəliyi zamanı tətbiq olunan əsas müayinələr bunlardır:

  • Ultrasəs müayinəsi
  • Kompüter tomoqrafiyası
  • Maqnit rezonans tomoqrafiyası
  • Elastometriya və ya elastoqrafiya cihazı

Düzgün diaqnoz qaraciyər xəstəliklərinin müalicəsində nə qədər önəmlidir?

Tibbdə uğurlu müalicənin təməli düzgün diaqnozdur və diaqnoz dəqiq qoyulandan sonra xəstəliyin idarə olunması iki vur iki kimidir. Bəzən pasiyentlər illərlə müxtəlif mütəxəssislərin qəbulunda olur, lakin şikayətlərinin əsl səbəbi tapılmır. Məsələn, qaraciyər problemi olduğunu düşünən bəzi xəstələrdə əslində qaraciyər sağlam ola bilər və problem mədə-bağırsaq traktından, eləcə də digər amillərdən qaynaqlana bilər. Əsas məqsədimiz şikayətlərin altındakı real səbəbi tapmaq və müalicəni məhz həmin istiqamətə yönəltməkdir.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)