Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Sirrozu yaradan səbəblər
Mövzular 19-08-2021 2 dəq oxunuş

Sirrozu yaradan səbəblər

Sirroz kəlməsini eşidən hər bir pasiyentin demək olar ki, dünyası qaralır və bu onlara çox qorxunc gəlir. Amma sirroz hökm deyil, müalicəsi var. Əgər qaraciyərimizi sirroz edəcək səbəbləri vaxtında ortaya qoya bilsək və həkimlə bərabər mübarizə aparsaq, bunun effekti çox gözəl olacaq. Sirrozu yaradan səbəblər virus mənşəli və qeyri-virus mənşəli ola bilər.

Sirrozu yaradan virus mənşəli səbəblər

Virus mənşəli sirrozlar xronikləşən viruslarla əlaqələnə bilər. Bunlara ən çox aşağıdakı hepatit virusları aiddir:

  • Hepatit B
  • Hepatit C
  • Hepatit D

Qeyri-virus mənşəli amillər

Bir çox insanın önəmsəmədiyi, hər kəsdə var deyib üstündən keçdiyi qaraciyər piylənməsi də vaxtında müdaxilə olunmadıqda sirroza gətirib çıxara bilər. Qeyri-virus mənşəli səbəblərə aşağıdakılar aiddir:

  • Şəkərli diabet xəstəlikləri
  • Qaraciyər piylənməsi
  • Autoimmun xəstəliklər
  • Maddələr mübadiləsinin pozğunluğu (bura Vilson xəstəliyi adlanan mis mübadiləsinin pozğunluğu da aiddir)
  • Qapı venasının (qaraciyərə daxil olan ana venanın) trombozu
Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)