Hepatitlər

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Hepatitlər » Hepatit C virusu (HCV) - əlamətləri, fəsadları və müalicəsi
Hepatitlər 04-01-2021 4 dəq oxunuş

Hepatit C virusu (HCV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit C virusu (HCV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit C virusu qaraciyərdə sirroz əmələ gətirmə qabiliyyətinə malik olan ağır bir virusdur. Lakin virusa yoluxmusunuzsa, bu mütləq sirroz olacağınız anlamına gəlmir və hepatit C müalicə olunan bir xəstəlikdir.

Hepatit C virusunun xüsusiyyətləri nədən ibarətdir?

Qanda hepatit C olan insan özündə heç bir narahatlıq hiss etmir. Bədəndə olduqda belə heç bir narahatlığın olmaması problemi dərinləşdirən əsas məqamdır. Hepatit C virusu bildiyimiz viruslardan da ağır bir virusdur və onun ağırlığı qaraciyərdə sirroz əmələ gətirmə qabiliyyətidir. Yeni məlumatlara görə, bu virus daha çox mutasiyaya məruz qalır və onun yeni genomları meydana gəlmişdir. Lakin hepatit C - gizli düşmən olsa da, virusa yoluxmusunuzsa, bu mütləq sirroz olacağınız anlamına gəlmir. Bu, çox yanlış bir düşüncədir və panikadan başqa bir şey deyil.

Laboratoriyada qan nümunəsi olan sınaq şüşələri — hepatit C üçün PZR analizi

Hepatit C virusunun olmasını necə bilək?

Hepatit C bədəndə olduqda belə, insan heç bir narahatlıq hiss etmir. Əgər insanda azca da olsa ağrı və ya narahatlıq olsaydı, o, daha tez müayinə olunar və həkimə müraciət edərdi. Mənə tez-tez müraciət edərək soruşurlar ki, qaraciyərdə xəstəliyin olmasını necə bilək. Qanında hepatit C olan insan özündə heç bir narahatlıq hiss etmir və məhz narahatlığın olmaması problemi daha da dərinləşdirir.

Hepatit C diaqnozu necə qoyulur?

Qanda ilk aşkarlanan virus hələlik hepatit C-dən bizə xəbər vermir. Bunun üçün mütləq daha dərin bir müayinə edilir və virusun PZR analizi aparılır. Əgər PZR analizində virus aşkarlanarsa, xəstəyə hepatit C diaqnozu qoyulur. Qanda ilk aşkarlanan virus hələlik hepatit C-dən xəbər vermədiyi üçün bu dərin müayinə və PZR analizi mütləq şəkildə həyata keçirilməlidir.

Hepatit C aşkarlandıqda hansı addımlar atılmalıdır?

Əgər insanın qanında hepatit C aşkarlanıbsa, ardıcıl olaraq müəyyən addımlar atılmalıdır. Bu zaman xəstə öz sağlamlığı üçün düzgün istiqamət seçməli və mütəxəssis dəstəyi almalıdır:

  • İlk növbədə doğru mütəxəssis tapılmalı və ona yönəlməlidir.
  • Xəstənin vəziyyəti aydınlaşdırılmalı və müalicə olunmalıdır.

Hepatit C - gizli düşmən müalicə olunurmu?

Əlbəttə, hepatit C virusunun müalicəsi var və uğurla həyata keçirilir. Hepatit C müasir dərmanlarla üç-altı ay ərzində müalicə olunaraq bədən tərkibindən təmizlənir. Qaraciyərdə heç bir problem yoxdursa, müalicə 3 ay müddətində, bəzi hallarda isə 3 aydan 6 aya qədər davam edir. Yeni məlumatlara görə virus mutasiyaya məruz qalsa və yeni genomları meydana gəlsə də, müasir dərmanlar getdikcə inkişaf edir və müalicə uğurla həyata keçirilir.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)