Televiziya

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Televiziya » Qaraciyərdə xəstəliyin olmasını necə bilək? - "Yaşamaq Gözəldir"
Televiziya 04-01-2021 1 dəq oxunuş

Qaraciyərdə xəstəliyin olmasını necə bilək? - "Yaşamaq Gözəldir"

Mənə tez-tez müraciət edərək soruşurlar: hepatit C-nin olmasını necə bilək? Qanında hepatit C olan insan özündə heç bir narahatlıq hiss etmir.

Hepatit C-nin olmasını necə bilək?

Hepatit C bədəndə olduqda belə, insan heç bir narahatlıq hiss etmir. Bu problemi dərinləşdirən əsas məqam da məhz narahatlığın olmamasıdır. Əgər insanda azca da olsa ağrı və ya narahatlıq olsaydı, o, daha tez müayinə olunar və həkimə müraciət edərdi.

Hepatit C aşkarlandıqda nə etməli?

Əgər insanın qanında hepatit C aşkarlanıbsa, ardıcıl olaraq bu addımlar atılmalıdır:

  • İlk növbədə doğru mütəxəssis tapılmalı və ona yönəlməlidir.
  • Xəstənin vəziyyəti aydınlaşdırılmalı və müalicə olunmalıdır.

Hepatit C müalicə olunan bir xəstəlikdir.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)