Hepatitlərin müalicəsi xəstəliyin növündən və qaraciyərin vəziyyətindən asılıdır. Hepatit C müalicə olunan bir xəstəlikdir; qaraciyərdə heç bir problem yoxdursa, müalicə 3 ay müddətində, bəzi hallarda isə 3 aydan 6 aya qədər davam edir.
Hepatitlərin müalicəsi və fərdi yanaşma
Hepatit B virusu aşkarlandıqda dərman yazmağa tələsmirik, çünki xəstə öncə bəzi prosedurlardan keçməlidir. Müalicəyə ehtiyac olub-olmadığını müəyyən etmək üçün aşağıdakı müayinələr aparılır:
- Xəstənin şikayətləri dinlənilir və qan analizləri müayinə olunur;
- Virus yükü yoxlanılır;
- Virus yükü yüksək çıxarsa, qaraciyər elastoqrafik olaraq qiymətləndirilir.
Müalicə qərarı verərkən sonrakı mərhələdə dərmanların virusa öyrəşməsi və onun müqaviməti nəzərə alınır.
Hepatit B üzrə tədqiqatlar
Hepatit C kimi Hepatit B-nin də müalicəsi üzərində tədqiqatlar aparılır. Vyanada iştirak etdiyimiz konqres də bu virusun müalicəsinin mümkün olacağını təsdiqləyir.
Hepatit D müayinəsinin önəmi
Hepatit B ilə yanaşı, Hepatit D virusunun da müayinəsi çox önəmlidir. İllərlə yalnız Hepatit B daşıyıcısı olduğunu düşünüb arxayınlaşan, lakin Hepatit D-dən müayinə olunmayan pasiyentlər sonradan bu barədə öyrəndikdə şoka düşürlər.