Hepatit C virusu bildiyimiz viruslardan da ağır bir virusdur. Onun ağırlığı qaraciyərdə sirroz əmələ gətirmə qabiliyyətidir. Lakin hepatit C - gizli düşmən olsa da, virusa yoluxmusunuzsa, bu mütləq sirroz olacağınız anlamına gəlmir. Bu, çox yanlış bir düşüncədir və panikadan başqa bir şey deyil.
Hepatit C diaqnozu necə qoyulur?
Qanda ilk aşkarlanan virus hələlik hepatit C-dən bizə xəbər vermir. Bunun üçün biz mütləq daha dərin bir müayinə edir, virusun PZR analizini aparırıq. Əgər PZR analizində virus aşkarlanarsa, bu zaman xəstəyə hepatit C diaqnozu qoyulur.
Hepatit C - gizli düşmən müalicə olunurmu?
Əlbəttə, hepatit C virusunun müalicəsi var və uğurla həyata keçirilir. Yeni məlumatlara görə, bu virus daha çox mutasiyaya, yəni dəyişikliyə məruz qalır və onun yeni genomları meydana gəlmişdir. Lakin buna baxmayaraq, müasir dərmanlar getdikcə inkişaf edir və biz müasir dərmanlarla müalicəni uğurla həyata keçirə bilirik.