Hər bir xəstənin tarixçəsi fərqli yanaşma tələb edir. Bizə ağır vəziyyətdə müraciət edən pasiyentimiz Südabə Əhmədovanın həyat hekayəsi də düzgün diaqnozun və vaxtında edilən müdaxilənin əhəmiyyətini göstərir.
Bir xəstənin müalicə tarixçəsi
Südabə Əhmədova 2016-cı ilin fevral ayında bizə müraciət etmişdir. Müayinələr nəticəsində ona aşağıdakı diaqnozlar qoyulmuşdur:
- Xroniki hepatit C virusu
- Qaraciyər sirrozu (fibroz dörd, sirrotik mərhələ)
- Portal hipertenziya
- Eroziv qastropatiya
Pasiyent bizə müraciət edəndə kompensasiya sirroz mərhələsində idi. Onun spesifik şikayətləri yox idi, yalnız öskürək qeyd olunurdu. Bu səbəbdən o, bir çox həkimlərə müraciət etmiş, Rusiya Federasiyasında və İran İslam Respublikasında müalicə almağa çalışmışdır, lakin heç bir effekti olmamışdır.
Müalicə və əldə olunan nəticələr
Detallı müayinələrdən sonra biz pasiyentə altı aylıq müalicə tətbiq etdik. Hazırda müayinələr müsbət dinamikanı göstərir:
- Hepatit C virusu artıq qanda aşkar olunmur, neqativdir və qandan silinmişdir.
- Qanın biokimyəvi analizlərində yaxşılaşma qeyd olunur.
- Elastoqrafik müayinələr əvvəlki kilopaskal göstəricilərinə nisbətən qaraciyərdə yaxşılaşma olduğunu göstərir.
Qaraciyəri zədələnmiş xəstələr daima nəzarət altında olan xroniki xəstələrdir. Biz hazırda növbəti ikinci müayinənin nəticəsini gözləyirik. Südabə xanıma və bütün xəstələrimizə şəfalar diləyirəm.