Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Qaraciyər xərçənginin risk faktorları
Mövzular 19-10-2021 1 dəq oxunuş

Qaraciyər xərçənginin risk faktorları

Qaraciyər xərçənginin risk faktorları arasında ən öndə gedənlərdən biri Hepatit B virusudur. Bu virusun həm daşıyıcı, həm də xəstə variantlarında biz bu əlaməti görə bilirik.

Qaraciyər xərçənginin əsas risk faktorları

Digər əsas risk faktoru isə qaraciyərin fibrozudur. Fibroz mərhələsindən sonra qaraciyərin sirrozu gəlir. Sirrozda isə atipik hüceyrələrin artması nəticəsində qaraciyərdə xərçəng xəstəliyini görə bilirik. Bunlar qaraciyərin birincili xərçəngi adlanır.

İkincili xərçəng və kolonoskopiya müayinəsi

İkincili xərçəng isə müxtəlif digər orqanlardan qaraciyərə metastaz verərək əmələ gəlir ki, bunun da ən birincisi bağırsaqlardır. Xəstəliyin erkən aşkarlanmasında böyük rol oynayan kolonoskopiya müayinəsindən mütəmadi olaraq və ya 40 yaşından sonra ildə iki dəfə keçməyinizi tövsiyə edirəm.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)