Mövzular

Mövzular 19-08-2021 1 dəq oxunuş

Qaraciyər xəstəliyi

Sağ qabırğaaltı nahiyəmizdə ağrılar olduqda, ilk növbədə ağlımıza gələn birinci problem qaraciyər xəstəliyi olur. Bu zaman biz ultrasəs həkiminə müraciət edirik.

Qaraciyər xəstəliyi zamanı müayinələr

Qaraciyəri tədqiq edən cihazlar çoxdur. Bu müayinələrə aşağıdakılar aid olunur:

  • Ultrasəs müayinəsi
  • Kompüter tomoqrafiyası
  • Maqnit rezonans tomoqrafiyası
  • Elastometriya və yaxud elastoqrafiya cihazı (hər iki ad eyni cihazı ifadə edir)

Fibroz prosesinin təyini

Müasir texnologiya olan elastometriya vasitəsilə biz qaraciyərdə gedən fibroz prosesini aydınlaşdırmalıyıq. Əgər biz fibrotik prosesi, yəni el dilində desək, qaraciyərdə gedən bərkiməni vaxtında araşdırıb diaqnozunu qoysaq, əlbəttə ki, daha gözəl olar.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)