Qaraciyər piylənməsinin əsas faktorlarına qidalanma, həyat tərzi, yuxu rejimi aiddir. Eyni zamanda uzun müddət hormonal preparatlardan, spirtli içkilərdən, zərərli vərdişlər istifadə etmək qaraciyər piylənməsinə gətirib çıxara bilər. Onu da qeyd etmək istərdim ki, hepatit B və C xəstələrində müalicədən sonra qaraciyər piylənməsi müşahidə olunur.