Qidalanma və həyat tərzinin qaraciyərə təsiri olduqca böyükdür. Qaraciyərdə piylənməyə səbəb olan faktorlardan ən öndə gedəni məhz alimentar faktordur.
Qidalanma və həyat tərzinin qaraciyərə təsiri
Qaraciyər piylənməsinə gətirib çıxaran əsas faktorlar bunlardır:
- Alimentar faktor: Bura bizim qidalanmamız, yuxu və həyat rejimimiz aiddir. Həyat tərzi dedikdə isə oturaq həyat tərzi nəzərdə tutulur.
- Hormonal preparatlar: Uzunmüddətli hormonal preparatlar qəbul etmək qaraciyərə mənfi təsir göstərir.
- Alkoqol və siqaret: Uzunmüddətli alkoqoldan sui-istifadə etmək və siqaret çəkmək (bu, yeni klassifikasiyaya aiddir).
- Fast food və içkilər: Fast food yeməkləri, həmçinin rəngli və qazlı içkilərdən istifadə olunması.
- Hepatit B və C: Hepatit B və C keçirmiş pasiyentlərdə müalicədən sonrakı vəziyyətdə qaraciyərin yağlanmasını (piylənməsini) görə bilərik.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)