"Yaşamaq Gözəldir" verilişində xəstəliklərin müalicə prinsipləri barədə danışdım.
Müalicənin əhəmiyyəti
Bizim işimiz müalicə ilə müvəffəqiyyət əldə etməyə çalışmaqdır. Bunun üçün ilk növbədə uzunmüddətli bir müalicə aparmaq məsləhətdir. Xəstəni görməyimiz çox önəmlidir. Ekran arxasından hansısa dərmanı qəbul etməyi və ya müəyyən bir addım atmağı tövsiyə etməklə problemin keçib getməsi mümkün deyil.
Xolesterin göstəriciləri və yağlı qaraciyər
Biz xolesterini 5.5-ə qədər normal hesab edirik, lakin bəzi hallarda bu göstərici 8-dir. Xolesterin yüksək olduqda, yəqin ki, yağlı qaraciyər də var. Belə vəziyyətdə xəstəyə kömək edə bilmək üçün mütləq fərdi şəkildə baxılmalıdır.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)