Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Ciyərimizi dağıdan viruslar
Mövzular 15-09-2021 2 dəq oxunuş

Ciyərimizi dağıdan viruslar

Hepatit D virusu ilə bağlı mənə ünvanlanan ilk sual adətən bu virusun orqanizmdə tək, yəni mono olaraq mövcud ola bilməsi ilə bağlıdır. Ciyərimizi dağıdan viruslar arasında xüsusi təhlükəsi ilə seçilən hepatit D təkbaşına yaşaya bilmir. O, mütləq hepatit B virusu ilə simbioz şəkildə fəaliyyət göstərir. Buna görə də, əgər sizdə hepatit B virusu varsa, mütləq həkiminizə məlumat verməli və qanda D virusunun yoxlanılmasını istəməlisiniz.

Ciyərimizi dağıdan viruslar və simbioz

Hepatit B olan xəstələrin 30%-də hepatit D virusu da ola bilər. Bu virus orqanizmdə tək yaşaya bilmədiyi üçün mütləq hepatit B ilə birgə həyat tsiklini davam etdirir. Hepatit D olduqca ağır və təhlükəli bir infeksiyadır, lakin onun müalicəsi mövcuddur.

Qaraciyərin qorunması və müalicə

Hepatit B virusu D virusu ilə birgə olduqda qaraciyərin sirrozlaşması daha da sürətlənir. Bu zaman vaxtında həkimə müraciət etmək və virusu aşkarlamaq qaraciyərinizin qorunmasını təmin edəcək. Doğru-düzgün istiqamətdə aparılan müalicə qaraciyərinizi transplantasiyadan qorumuş olur.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)