Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Hepatit B necə yoluxur
Mövzular 19-08-2021 3 dəq oxunuş

Hepatit B necə yoluxur

Hepatit B virusu nəinki Azərbaycanda, bütün dünyada öz aktuallığı ilə ortaya çıxmış bir virusdur. Bu virus qaraciyərdə daha çox fəsad yarada bilir. Bəs hepatit B necə yoluxur? Ədəbiyyatda müxtəlif yoluxma yolları qeyd edilsə də, biz praktikamızda ən çox qan vasitəsilə yoluxma hallarını görürük.

Hepatit B necə yoluxur?

Ədəbiyyatda ağız suyu, cinsi hər hansı bir ifrazat, selik və qan vasitəsilə yoluxma yolları yazılsa da, praktikada ən çox qan vasitəsilə yoluxma baş verir. Bu yoluxma əsasən aşağıdakı vasitələrlə qeydə alınır:

  • Steril olunmayan şəraitdə stomatoloji və ginekoloji kabinetlərdə;
  • Gənclər arasında çox yayılmış narkomaniya vasitəsilə;
  • Tatu vasitəsilə;
  • Demək olar ki, qanla təmasda olan bütün vasitələrlə.

Xəstəliyin fəsadları və check-up müayinə

Hepatit B virusu xroniki formada getdiyinə görə, çox təəssüf ki, xəstələr həkimə ən sonda müraciət edirlər. Əgər vaxtında diaqnoz qoyulmasa, xəstələr müraciət edəndə hepatosellülar karsinomaya qədər fəsadlar görə bilirik. Bu virusun çox qəribə bir xüsusiyyəti var: o, qaraciyər toxumasında sirroz əmələ gətirmədən öncə də bədxassəli şişin kökünü qoymuş olur. Buna görə də pasiyentlərdən ara-bir check-up vasitəsilə orqanizmdə gedən problemləri ortaya çıxarmağı rica edirik.

Müalicə və antiviral preparatlar

İndiki zamanda ildən-ilə təkmilləşən, yan təsirləri az olan antiviral preparatlarımız mövcuddur və bu da o deməkdir ki, hepatit B sağala bilər. Lakin pasiyentlərimizdə bədənin virusa qarşı müqavimətinin olmaması səbəbindən deyə bilmirik ki, virusun tam müalicəsi var. Müalicə ilə biz stress faktorunu dayandırmış oluruq. Hepatit B virusunun müddəti çox uzundur. Mütəxəssis tövsiyəsi olmadan antiviral preparatların istifadə edilməsi pasiyentə ziyandır. Bu səbəbdən mütləq həkiminizlə danışın və sonra o dərmanlardan istifadə edin.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)