Mövzular

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Mövzular » Hepatit D orqanizmdə tək yaşaya bilmir
Mövzular 19-08-2021 2 dəq oxunuş

Hepatit D orqanizmdə tək yaşaya bilmir

Hepatit D virusu ilə bağlı ən çox verilən suallardan biri onun orqanizmdə təkbaşına mövcud ola bilib-bilməməsidir. Bilmək lazımdır ki, hepatit D orqanizmdə tək yaşaya bilmir və həyat siklini davam etdirmək üçün mütləq hepatit B virusu ilə simbioz şəkildə birgə fəaliyyət göstərir.

Hepatit D orqanizmdə tək yaşaya bilmir

Əgər sizdə hepatit B virusu varsa, mütləq müalicə həkiminizə bu barədə xəbər verməli və qanda hepatit D virusunu mütləq axtarmalısınız. Çünki hepatit B olan xəstələrin 30% hallarında hepatit D virusu da ola bilər. Bu virus orqanizmdə tək yaşaya bilmədiyi üçün mütləq hepatit B virusu ilə birgə simbioz halında həyat siklini davam etdirir.

Qaraciyərin qorunması və müalicə

Hepatit D çox ağır və təhlükəli bir infeksiyadır, lakin onun müalicəsi hal-hazırda mövcuddur. Əgər hepatit D virusu B virusu ilə birgədirsə, qaraciyərin sirozlaşmasını daha tezləşdirir. Bu zaman müalicə həkiminə müraciət etmək lazımdır.

Virusun vaxtında aşkarlanması qaraciyərinizin demək olar ki, qorunmasına səbəb olacaq. Əgər virusu vaxtında aşkarlayıb, doğru-düzgün və düzgün istiqamətdə müalicə edəriksə, qaraciyərinizi əlbəttə ki, transplantasiyadan qorumuş olacaqsınız.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)