Elastoqrafiya cihazı ilə apardığımız kəsiksiz müayinə qaraciyərin dərin qatlarına nüfuz edərək orada baş verən prosesi heç bir ağrı və kəsik olmadan aydınlaşdırır.
Qaraciyərin dərin qatlarına nüfuz etmə
Elastoqrafiya cihazı ilə biz qaraciyərin dərin qatlarına nüfuz edərək orada baş verən prosesi aydınlaşdırırıq. Bu zaman cihaz vasitəsilə qaraciyərin 4-5 sm, arıq xəstələrimiz olduqda isə bəzən 6 sm-ə qədər dərinliyinə sirayət edirik.
Kəsiksiz müayinə və onun üstünlükləri
Bu müayinə zamanı heç bir ağrı hiss edilmir. Üstünlüyümüz ondan ibarətdir ki, proses zamanı:
- Heç bir ağrı olmur;
- Heç bir kəsik həyata keçirilmir və kəsikdən istifadə olunmur;
- Heç bir alətdən istifadə edilmir.
Biz yalnız bu cihazla qaraciyərimizdə gedən prosesi aydınlaşdırırıq.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)