Cihazlar

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Cihazlar » ELASTOMETRİYA (Qaraciyərin muasir müayinəsi)
Cihazlar 05-01-2021 6 dəq oxunuş

ELASTOMETRİYA (Qaraciyərin muasir müayinəsi)

Qaraciyərin müasir müayinəsi olan elastometriya (elastoqrafiya) hər hansı kəsik və ya dəlik olmadan, cəmi bir neçə dəqiqə ərzində orqanın vəziyyətini dəqiq qiymətləndirməyə imkan verən metoddur. Klinikamızda yeni nəsil avadanlıqla aparılan bu müayinəni mən, hepatoloq Dr. Könül Mahmudova həyata keçirirəm.

Elastometriyanın əsas üstünlükləri nələrdir?

Klinikamızda istifadə etdiyimiz bu metod Avropada tətbiq olunan ən son proqram təminatına əsaslanır və bir çox üstünlüklərə malikdir:

  • Bütün yaş və çəki qruplarına tətbiq edilir.
  • Müayinənin aparılması üçün xüsusi hazırlıq tələb olunmur, lakin ac qarnına gəlmək məsləhət görülür.
  • Dəri tamlığı pozulmadan, ağrısız və zədəsiz icra olunur.
  • Zərərsiz metod olduğu üçün ehtiyac yarandıqda bir neçə dəfə təkrar edilə bilər.
  • Müayinə müddəti qısadır (5-15 dəqiqə çəkir).
  • Heç bir əks göstərişi yoxdur və qiyməti münasibdir.

Fibroskan və ultrasəsdən fərqi nədən ibarətdir?

Azərbaycanda tətbiq edilən adi fibroskan metodundan fərqli olaraq, bizim istifadə etdiyimiz elastoqrafiya kor üsul deyil. Bu müayinə zamanı biz qaraciyəri ekranda görürük və istədiyimiz nahiyədə, istədiyimiz seqmentdə diaqnostika apara bilirik. Adi ultrasəs müayinəsi isə təəssüf ki, fibrozun dərəcəsini tam təyin edə bilmir.

Bu metod sayəsində biz biopsiyaya ehtiyac olmadan 96% dəqiqliklə nəticə əldə edirik. Məsələn, qan analizlərində ALT, AST və bilirubin kimi göstəriciləri normal olan, lakin trombositləri aşağı düşən pasiyentlərdə belə, elastoqrafiya vasitəsilə qaraciyərdəki zədələnməni və fibroz dərəcəsini (Fibroz 1, 2, 3 və ya 4-cü dərəcə) dəqiq müəyyən edə bilirik.

Elastometriya müayinəsi necə aparılır?

Pasiyent ultrasəs müayinəsində olduğu kimi uzanır. Müayinə zamanı cəmi 5 saniyə nəfəsi saxlamaq kifayətdir. Heç bir ağrı və narahatlıq hiss etmədən, qısa müddətdə qaraciyərin vəziyyəti barədə dəqiq məlumat əldə edilir.

Qaraciyər fibrozunun dərəcələri necə müəyyən edilir?

Qaraciyərdə fibroz kilopaskallarla hesablanır və dörd mərhələyə bölünür. Müasir texnologiya olan elastometriya vasitəsilə biz qaraciyərdə gedən fibroz prosesini aydınlaşdırmalıyıq. Əgər biz fibrotik prosesi, yəni el dilində desək, qaraciyərdə gedən bərkiməni vaxtında araşdırıb diaqnozunu qoysaq, əlbəttə ki, daha gözəl olar.

Elastoqrafiya müayinəsinin ekran görüntüsü — fibrozun 1-ci dərəcəsi, sağlam qaraciyər Elastoqrafiya müayinəsinin ekran görüntüsü — fibrozun 2-ci dərəcəsi Elastoqrafiya müayinəsinin ekran görüntüsü — fibrozun 3-cü dərəcəsi Elastoqrafiya müayinəsinin ekran görüntüsü — fibrozun 4-cü dərəcəsi, assitli qaraciyər

Elastoqrafiya qaraciyərin dərin qatlarına necə nüfuz edir?

Elastoqrafiya cihazı ilə apardığımız kəsiksiz müayinə qaraciyərin dərin qatlarına nüfuz edərək orada baş verən prosesi heç bir ağrı və kəsik olmadan aydınlaşdırır. Elastoqrafiya cihazı ilə biz qaraciyərin dərin qatlarına nüfuz edərək orada baş verən prosesi aydınlaşdırırıq. Bu zaman cihaz vasitəsilə qaraciyərin 4-5 sm, arıq xəstələrimiz olduqda isə bəzən 6 sm-ə qədər dərinliyinə sirayət edirik.

Bu müayinə zamanı heç bir ağrı hiss edilmir. Üstünlüyümüz ondan ibarətdir ki, proses zamanı:

  • Heç bir ağrı olmur;
  • Heç bir kəsik həyata keçirilmir və kəsikdən istifadə olunmur;
  • Heç bir alətdən istifadə edilmir.

Biz yalnız bu cihazla qaraciyərimizdə gedən prosesi aydınlaşdırırıq.

Qaraciyərdəki dəyişiklikləri və piylənməni necə aşkar edirik?

Qaraciyərdəki dəyişiklikləri ən dəqiq şəkildə elastoqrafiya cihazı vasitəsilə aşkar edirik və bu müasir müayinə üsulu qaraciyərdə baş verən dəyişiklikləri daha erkən mərhələlərdə müəyyən etməyə kömək edir. Piyli qaraciyərin differensiasiyasında, yəni xəstədə fibrozun olub-olmamasını müəyyən etməkdə elastoqrafiyanın çox böyük nəticəsi və çox böyük önəmi var. Piyli qaraciyər eyni zamanda fibrozla da yanaşı ola bilər və bunun differensiasiyasını etmək üçün elastometriya aparatına bəlkə də alternativ metod yoxdur.

Qaraciyərdə olan dəyişiklikləri təyin etmək üçün ilk növbədə ultrasəs müayinəsinə müraciət olunur. Lakin ultrasəs müayinəsi qaraciyərdə yalnız ən kobud dəyişiklikləri təsvir edir. Bizə isə qaraciyəri daha başlanğıc, yəni dördüncü mərhələyə qədər olan mərhələlərdə diaqnoz etmək lazımdır. Bunun üçün əlimizdə olan ən müasir üsul elastoqrafiya (elastometriya) cihazıdır. Bu cihaz vasitəsilə diaqnozu qoyuruq və gələcəkdə hər altı aydan bir xəstəni müayinə etməklə, həmçinin müalicəsini verməklə qaraciyərdəki dəyişiklikləri aşkar şəkildə ortaya qoyuruq.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)