Mənim qəbulumda olmuş və müalicədən keçmiş pasientlərin fikirləri qaraciyər xəstəlikləri ilə mübarizədə düzgün yol seçməyə kömək edir. Pasientlərimin müalicə müddətində əldə etdiyi nəticələr bu xəstəliklərin qarşısında ümidsizliyə qapılmamağın vacibliyini göstərir.
Müalicədən keçmiş pasientlərin fikirləri və sağalma hekayələri
Ukraynadan gələrək il yarımdır müalicə etdiyim pasientim qeyd edir ki, qaraciyər xəstəliyi insanlarda qorxu yaradır və onlara elə gəlir ki, bu, dünyanın axırıdır. Lakin bu xəstəlikdən sağalmaq mümkündür. Müalicənin yaxşı nəticə verdiyini bildirən pasientim, sağalma prosesinin uğurla getdiyini vurğulayır.
Sirroz xəstəliyinin əlamətləri və müalicənin effekti
Bir ildir sirroz xəstəliyindən əziyyət çəkən digər bir pasientimin təcrübəsi isə göstərir ki, qaraciyər xəstəliyi heç bir ağrı ilə özünü büruzə verməyə bilər. Bu pasientdə yalnız qan azlığı, dalaqda böyümə və qarnında maye (su) toplanması müşahidə olunduqdan sonra xəstəlik aşkarlanıb. İctimai TV-nin "Sağlam yaşamaq" verilişində çıxışımdan sonra müraciət edən pasientim artıq bir ildir müalicə olunur. O, müalicənin effektli olduğunu, özünü yaxşı hiss etdiyini və həkimlə söhbət etməyin onun mənəvi vəziyyətinə müsbət təsir göstərdiyini bildirir.