"Yaşamaq Gözəldir" verilişində qaraciyərdəki problemlərin özünü hansı təəccüblü əlamətlərlə büruzə verməsi barədə danışdım.
Qaraciyər və baş ağrıları
Baş ağrılarının olması əslində qaraciyərdəki problemdən xəbər verir. Bu, təəccüblü ola bilər, lakin bəzən müalicələrin effekti olmur, ağrılar bir müddət dayanır və 3-5 aydan sonra təzədən kəskin baş ağrıları başlayır.
Dəridə yaranan piqment ləkələri
İkinci əlamət dərimizdə özünü göstərir. Əsasən qadınlar üçün estetik tərəfi maraqlı olan bu hal dəridə müəyyən ləkələrin əmələ gəlməsi ilə bağlıdır. Qolda belə piqment ləkələrinin olması qaraciyərdəki problemə işarə edir.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)