Hepatitlər

Hepatolog.az » Hepatitlər » Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi
Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi

D hepatiti qara ciyərin virus xəstəliyidir.Xəstəliyin törədicisi insan orqanizmində virusun tək yox,digər infeksiya ilə birlikdə inkişaf etməsinə səbəb olur.D hepatiti xəstəliyə qoşulan ikinci infeksiya adətən B hepatiti olur.Bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.
Xəstəlik insana xəstə insanın şpirisindən istifadə edilən zaman yoluxur,ən çox narkomanlar arasında yayılıb.Bəzi hallarda cinsi yolla və anadan dölə də keçə bilir.
Yoluxmanın baş vermə halları
* Donor qanı köçürülən adamlar(1-2% hallarda)D hepatit virus gəzdiricisidir.Təkrar qan köçürülməyə məruz qalan adamlar xəstəliyə yoluxmaq üçün risk altındadırlar.
* Başqasının şpirisindən istifadə edən adamlar da B və D virusuna yoluxmaq üçün risk altında olanlardır.
* D virusu daşıyanla cinsi ılaqədə olmaq xəstəliyin yoluxma səbəblərindən biridir.
* D hepatitinə yoluxan qadının hamilə qalması dünyaya gələn körpənin xəstə doğulmasına səbəb olur.
* Tatuaj etdirən,iynə terapiyası götürən adamlar D hepatitinə yoluxmaq üçün risk altında olanlardan sayılır.
* 40% hallarda xəstəliyin baş vermə səbəbi məlim olmur.
Əksər hallarda D virus hepatiti B virus hepatiti ilə birlikdə baş verir.Xəstəlik yoluxduğu andan 1-6 ay müddətində patoloji əlamətlərini inkişaf etdirir.Xəstəlik ağır infeksiya xəstəliyi sayılır və qara ciyərin sirrozu ilə nəticələnir.D hepatitinin əlamətlərinin həkimlər xəstəliyin əlamətləri tam inkişaf etdiyi zaman aşkar edirlər.Bu zaman isə müalicə fayda vermir və xəstəlik bədxassəli xarakter daşıyır.
Diaqnoz
D hepatitinin diaqnozunu infeksionist həkim qoyur.Diaqnozun qoyulmasını laborator analizlər və qanın biokimyıvi göstəriciləri təsdiqləyir.
Müalicə
D hepatitinin müalicəsi xəstəxana şəraitində aparılır.Müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq kompleks şəkildə aparılır.Müalicə zamanı B hepatitində istifadə edilən dərmanlardan və alfa interferondan istifadə edilir.
Kəskin D hepatiti müalicə olunduqda xroniki hala keçir.Bunun üçün aşağıdakılara əməl edilməlidir:
- həkimin müalicəsini aparmaq
- əmək və istitahət rejiminə rəayət etmək
- qidalanmaya nəzarət etmək
- psixi - emosional vəziyyətə nəzarət etmək
- qara ciyər sirrozunun qarşısını almağa çalışmaq