Autoimmun hepatitlər özlərini necə biruzə verir? Bütün qaraciyər xəstəlikləri kimi, autoimmun hepatitlər də səssiz inkişaf edir. İlk əlamətlər üzə çıxana qədər xəstə müalicə olunarsa, müalicənin effektivliyi daha yüksək olur.
Xəstəliyin yaş və cins fərqləri
Birinci tip autoimmun xəstələrin 80%-i qadınlar arasında baş verir. Burada yaş fərqinin mənası yoxdur. Bəzən 40 yaşdan yuxarı, bəzən 35 yaşında, bəzən isə 17 yaşında, yəni daha cavan yaşlarda buna rast gələ bilirik. Əlbəttə ki, 70 yaşdan yuxarı autoimmun hepatit axtarmağın heç bir mənası yoxdur.
Müalicəsiz qaldıqda necə biruzə verir?
Əgər xəstəliyi müalicə etməsək, 5 ildən sonra mortalitə, yəni ölüm faizi yüksələ bilər. Müalicə olunmadıqda, bu, sirroza gedən bir xəstəlikdir.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)