Autoimmun hepatitlər əslində bizim üçün yad bir kəlmə deyil. Biz autoimmun xəstəliklərini qalxanabənzər vəzidə, böyrəklərimizdə, eyni zamanda qaraciyərimizdə də görmüş oluruq.
Autoimmun hepatit nə deməkdir?
Bəzən autoimmun dedikdə pasiyentlər çaşırlar və bunun necə bir xəstəlik olduğunu soruşurlar. Bu, yanaşı olan hüceyrələrin bir-birilə yola getməməsi, yəni bir-birini qəbul etməməsi deməkdir. Biz həkimlərin vəzifəsi isə, dırnaqarası desək, həmin hüceyrələr arasındakı dostluq və yoldaşlıq münasibətini bərpa etməkdir.
Autoimmun hepatitlər və onların növləri
Autoimmun hepatitlər üç tipdə olur: birinci tip, ikinci tip və üçüncü tip. Onların bəzi xüsusiyyətləri aşağıdakılardır:
- Birinci tip: Bu tip autoimmun hepatitlər 80% qadınlar arasında baş verir.
- Üçüncü tip: Bu zaman qaraciyərlə yanaşı, böyrəklərin də funksiyasının pozulmasını görmüş oluruq.
Dr. Könül Mahmudova
Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)