"Həkim işi" verilişinin 10 noyabr 2016-cı il tarixli buraxılışında virus hepatitlərinin bitkilərlə müalicəsinin qeyri-mümkünlüyü və hamiləlikdən sonra hepatit B-nin aşkarlanması mövzularından bəhs etdim.
"Həkim işi" verilişində hepatit müalicəsi
Əslinə qalsa, virus hepatitlərinin heç bir bitki ilə, heç bir homeopatik preparatlarla müalicəsi mövcud deyil. Bunun altından qırmızı xətt çəkərək deyirəm ki, bu mümkün deyil. Lakin virus müalicəsindən sonra qaraciyərə köməkçi vasitə kimi bitkilərdən istifadə etmək olar. Məsələn, balqabaq da içmək olar, əgər mədə imkan verirsə, doşab da içmək olar. Lakin bu vasitələri ilahiləşdirmək və mifikləşdirmək düzgün deyil.
Hamiləlikdən sonra hepatit B aşkarlanması
Hamiləlikdən əvvəl analiz verdikdə heç nə çıxmadığı halda, hamiləlikdən sonra hepatit B-nin aşkarlanması mümkündür. Belə hallarda yoluxmanın mövcud olması ola bilər.