Televiziya

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Televiziya » Qaraciyər xəstəlikləri, virus hepatitləri "Sağlam yaşamaq" ITV
Televiziya 04-01-2021 2 dəq oxunuş

Qaraciyər xəstəlikləri, virus hepatitləri "Sağlam yaşamaq" ITV

İctimai Televiziyanın "Sağlam yaşamaq" verilişində qaraciyər xəstəlikləri, virus hepatitləri və bu orqanın fəaliyyətinə mənfi təsir göstərən amillər barədə danışdım. Qaraciyərin vəziyyətinə təsir edən müxtəlif stress faktorları mövcuddur ki, bunlara diqqət yetirmək olduqca vacibdir.

Qaraciyər xəstəlikləri və virus hepatitləri

Məsələn, ultrasəs müayinəsi zamanı həkim qaraciyərin piyli olduğunu bildirirsə, bu artıq bizim üçün bir stress faktordur, yəni piylənmədir. Bununla yanaşı, qanda hepatit B, C və ya D xəstəliyinin olması da ciddi fəsadlara yol açır. Orqanizmdə ən çox fəsad verən, ən çox xronikləşən və sirroza gətirib çıxaran məhz bu viruslardır. Klassifikasiyaya görə də sirrozların yaranma səbəbləri arasında virus hepatitləri birinci yerdə durur.

Digər zərərli amillər

Qaraciyərə təsir edən digər amillər də var. Məsələn, xəstənin mütəmadi olaraq alkoqol qəbul etməsi və ya orqanizmdə gedən autoimmun proseslər buna misaldır. Mənə müraciət edən elə xəstələr var idi ki, onlarda ALT və AST göstəriciləri heç cür aşağı düşmürdü.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)